24 Iyul 2014 | 20:19
Hava Bakı:
29 ˚C
Bölgələr Gəncəbasar Sumqayıt Şəki-Zaqatala Qarabağ Şimal-Şərq Ağsu-Şamaxı Cənub Tovuz-Qazax Mərkəzi Aran Mil-Muğan Naxçıvan

Uşaqlarda hərarətin yüksəlməsi: hansı dərmanları və hərarət neçə olanda vermək olar? – anons

Gün.Az səhiyyə sahəsində “Onlayn məsləhətxana” rubrikasında növbəti araşdırma materialda “Uşaqlarda hərarətin yaranması zamanı ilk yardım” barədə məlumatı təqdim edir.

Qeyd edək ki, bu mövzu haqqında sizi maraqlandıran suallarınızı həftənin cümə axşamı günü saat 16:00-dək meslehet@gun.az ünvanına göndərə bilərsiniz.

Sizin suallarınız respublikanın peşəkar mütəxəssisləri tərəfindən cavablandırılacaq. Cavablar isə həftənin şənbə günü yayımlanacaq.

Bildirək ki, mövzunun əvvəli barədə dünən yayımlanan materialda tanış ola bilərsiniz.

Bəs, uşağa temperaturu aşağı salan dərman preparatını hərarət neçə olduqda vermək lazımdır?

3 yaşınadək olan uşaqlarda, həmçinin, əvvəllər yüksək temperatur fonunda qıcolmaları olan istənilən yaşda olan uşaqlara, sinir və endokrin sisteminin xəstəlikləri olan uşaqlara, temperatur 38 C-yə çatan kimi temperaturu aşağı salan dərman preparatı vermək lazımdır!

Daha iri yaşlarda olan və qıcolmalara meylli olmayan uşaqlara temperatur 38,5 C-yə çatdıqdan sonra temperaturu aşağı salmaq üçün dərman preparatı vermək lazımdır. Uşağa ilk yardım göstərdikdən sonra, evə mütləq həkim-pediatrı çağırmaq lazımdır.

Yuxarıda qeyd etdiyimiz kimi, yüksək temperatur yalnız “ziyansız” hesab etdiyimiz kəskin respirator virus infeksiyasından (KRVİ) savayı, ağ ciyərlərin, böyrəklərin iltihabı və s. digər təhlükəli xəstəliklərin də əlaməti ola bilər. Yadda saxlamaq vacibdir ki, temperaturu aşağı salmaq, heç də problemin tam həll edilməsi deyil! Əsas məsələ, temperaturun yüksəlməsinə səbəb olan xəstəliyi aşkar edərək onu müalicə etməkdən ibarətdir!

Bunu isə yalnız ixtisaslaşmış təcrübəli həkim-pediatr edə bilər.

Uşaqlarda temperaturu aşağı salmaq üçün istifadə edilən dərman preparatları çox olsa da,
onların tərkibinə eyni təsiredici maddələr daxildir:

1. Parasetamol (Panadol, Efferalqan, Taylenol, Kalpol və digər dərmanların tərkibinə daxildir);
2. İbuprofen (Nurofen və s.);
3. Analgin (Baralgin, Spazmalqon, Pentalgin və digər bir çox dərmanların tərkibinə daxildir).

Qanda hemoqlobinin səviyyəsini aşağı saldığı və leykositlərin bəzi növlərini parçaladığı üçün, bir çox ölkələrdə, analgin və onun preparatlarından istifadə edilməsi, çox təhlükəli ola bildiyi üçün qadağan edilmişdir.

Ona görə də onu yalnız digər preparatlar kömək etmədiyi müstəsna hallarda istifadə etmək olar. Digər dərman preparatlarına nisbətən, analginin temperaturu aşağı salmaq qabiliyyəti xeyli yüksək olduğu üçün, hətta digər bütün dərmanlar gücsüz olduğu hallarda da, temperaturu aşağa salmağa imkan verir. “Təcili yardım” həkimləri də yüsək temperaturu aşağı salmaq üçün, məhz analgin inyeksiyasından istifadə edirlər.

4. Aspirinin uşaqlar və hamilə qadınlar tərəfindən qəbul edilməsi qəti şəkildə qadağan edilmişdir. Geniş şəkildə istifadə edilməsinə baxmayaraq, bu dərman preparatının ciddi yanaşı effektləri də vardır. Məsələn, bu dərman uşaqlarda bronxların spazmı, mədə xorası, Rey sindromu (qara ciyərin ciddi zədələnməsi) kimi fəsadlara səbəb ola bilər.

Valideynlər onu da bilməlidirlər ki, əgər temperaturun ilk yüksəlməsi zamanı onlar uşağa tərkibində parasetamal olan dərman preparatı vermişlərsə, temperaturun növbəti dəfə yüksəlməsi zamanı, ağır allergik reaksiyanın baş verə bilməsi səbəbindən, ona əsasında ibuprofen olan dərman vermək olmaz!

Son məsləhətlər...

Uşaqlara temperaturu aşağı salan dərman preparatlarını 3 gün dalbadal olmaqla, həmçinin məsləhət görülən dozadan artıq olmaqla (dərmanın qəbul qaydası üzrə təlimatda göstərilir) vemək məsləhət görülmür. Həkim tərəfindən təyin edilmiş müalicənin yerinə yetirilməsi fonunda, temperatur 3 gündən artıq davam edərsə, bu barədə müalicə həkiminə xəbər vermək lazımdır. Temperaturun yüksəlməsi zamanı uşağın nəbzinə və tənəffüsünə diqqətlə nəzarət etmək lazımdır. Yüksək temperatur zamanı, uşağın nəbzi və tənəffüs hərəkətlərinin sayı xeyli artsa, tez bir zamanda “təcili yardım” çağırmaq lazımdır.

Çünki bu, ürək çatışmazlığının başlamasının əlamətidir. Bəzi hallarda uşaqlarda olan yuksək temperaturu nə fiziki, nə də temperaturu aşağı salan dərman preparatlarından istifadə etməklə aşağı salmaq mümkün olmur.  Bu, ağ ciyərlərin, orta qulağın iltihabında və s. hallarda olur. Temperaturun yüksək (39-400C) olması, kiçik yaşlı uşaqlar üçün çox təhlükəli olaraq, onlarda qıcolmaların baş veməsinə, hətta uşağın ölməsinə səbəb ola bilər!

Ona görə də bu halda bir an belə ləngimək olmaz! Tez bir zamanda “təcili yardım” çağırın! Özünüz isə “litik qarışıq” (“təcili yardım” həkimləri də ondan istifadə edirlər) adlanan tərkibi hazırlayın: bir şprisə hər 1 yaşa görə  hər birindən 0,1 ml olmaqla 50%-li analgin məhlulu, 1%-li dimedrol məhlulu və 0,5%-li novokain məhlulu yığın (yəni, məsələn 2 yaşında olan uşaq üçün 0,2 ml analgin + 0,2 ml dimedrol + 0,2 ml novokain). Alınan qarışığı əzələ daxilinə, yəni uşağın sağrı nahiyyəsinə vurmaq lazımdır.

Əgər siz, körpə uşağınızda olan yüksək temperaturun öhdəsindən gəlmiş olsanız da, heç bir halda “təcili yardım” çağırışını ləğv etməyin. Uşağın temperaturu enməyə başladıqda, ona limon, zoğal və ya moruq ilə çay içirtməyə çalışın, ancaq onu güclə yedirtməyə cəhd etməyin.

Fərid Ədalət
Gün.Az

Share Share Share Share Share

Xəta barədə xəbər vermək

Digər Xəbərlər
Bütün xəbərlər