3 Sentyabr 2014 | 02:12
Hava Bakı:
29 ˚C
Bölgələr Gəncəbasar Sumqayıt Şəki-Zaqatala Qarabağ Şimal-Şərq Ağsu-Şamaxı Cənub Tovuz-Qazax Mərkəzi Aran Mil-Muğan Naxçıvan

5 yaşlı uşağın zorlanma qalmaqalı böyüyür

New-Delhinin müxtəlif rayonlarında yüzlərlə adam 5 yaşlı qızın oğurlanması və zorlanması qalmaqalına etiraz etmək üçün küçələrə çıxıb.

Gün.Az-ın Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, mətbuatın “Qudiya” adlandırdığı 5 yaşlı qızı qonşusu oğurlamış və 40 saat ərzində bağlı otaqda saxlayaraq, zorlamış və daha sonra qapını bağlayaraq ölməyə buraxmışdır.

Qızı onun ağlamağını eşidən digər qonşular xilas etmişdir. Şənbə günü polis cinayətdə şübhəli bilinən, tikiş fabrikinin işçisi 22 yaşlı Manoc Kumarı Bixar ştatında həbs edib.

Bu hadisənin mətbuatda əks etdirilməsindən sonra Delhi və digər şəhərlərdə qadın və qızların təhlükəsizliyi tələbi ilə nümayişlər başlayıb. Bazar günü etiraz aksiyaları davam edib – nümayişçilər müxtəlif vəzifəli şəxslərin iqamətgahlarının qarşısında toplaşıblar.

Hökumət rəhbəri Manmohan Sinqx bəyan edib ki, qadınların təhlükəsizliyi ilə bağlı vəziyyəti “əsaslı şəkildə yaxşılaşdırmaq” lazımdır.

Gün.Az

Share Share Share Share Share

Xəta barədə xəbər vermək

Digər Xəbərlər
Bütün xəbərlər