24 Iyul 2014 | 20:24
Hava Bakı:
29 ˚C
Bölgələr Gəncəbasar Sumqayıt Şəki-Zaqatala Qarabağ Şimal-Şərq Ağsu-Şamaxı Cənub Tovuz-Qazax Mərkəzi Aran Mil-Muğan Naxçıvan

“Pozitiv” uşaqların yay düşərgəsi keçirilib – Foto

“NUR” Uşaq və Gənclərin İctimai Birliyi “Pozitiv” yeniyetmələrə psixoloji dəstək layihəsi çərçivəsində uşaqlar üçün yay düşərgəsi təşkil edib.

Gün.Az xəbər verir ki, layihə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə baş tutub.

Şüvəlan qəsəbəsində yerləşən “Cırtdan” Uşaq Sağlamlıq və İstirahət Mərkəzində keçirilən düşərgə zamanı psixoloq və fasilitatorlar tərəfindən uşaqların pozitiv düşünməsinə yardım edən mövzular ətrafında interaktiv təlimlər, müxtəlif qrup oyunları, idman yarışları keçirilib və mədəni proqramlar hazırlanıb.

Düşərgə zamanı UNICEF-in Azərbaycandakı nümayəndəsi Mark Herevard uşaqlarla maraqlı görüş keçirib. Qonaq uşaqlara UNICEF-in fəaliyyəti barədə məlumat verdikdən sonra onları maraqlandıran və narahat edən mövzular ətrafında müzakirələr aparıb, sualları cavablandırıb.

Həmçinin düşərgə zamanı uşaqların Mərdəkan Qalası, Mərdəkan Dendrarisi və Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə ekskursiyası təşkil olunub.

Yekun müzakirələr zamanı iştirakçılar tərəfindən yay düşərgələrinin keçirilməsinin önəmi vurğulanaraq uşaqlar tərəfindən özündə təlim və əyləncə birləşdirən düşərgələrə böyük ehtiyacın olduğu bildirilib. Düşərgənin sonunda iştirakçılar diplomlarla təltif olunublar.

Qeyd edək ki, layihənin  keçirilməsində başlıca məqsəd uşaqlara göstərilən psixoloji dəstəyin gücləndirilməsi və düzgün ünsiyyət vasitəsilə yetkinlik dövrünün çətinliklərinin aradan qaldırılmasına yardımçı olmaqdır.

Fidan Əliyeva
Gün.Az

Share Share Share Share Share

Xəta barədə xəbər vermək

Digər Xəbərlər
Bütün xəbərlər