24 Aprel 2014 | 23:42
Hava Bakı:
25 ˚C
Bölgələr Gəncəbasar Sumqayıt Şəki-Zaqatala Qarabağ Şimal-Şərq Ağsu-Şamaxı Cənub Tovuz-Qazax Mərkəzi Aran Mil-Muğan Naxçıvan

Nigar İbrahimova: “Ruslan boşanmış insandır, indi də layiq olduğu qadını tapıb”

Ötən gün nikah masasına əyləşən stilist Nigar İbrahimovanın həyat yoldaşı Ruslan Musayevin evli olması ilə bağlı xəbərlər mətbuatın diqqət mərkəzindədir.

Gün.Az xəbər verir ki, toydan sonra prodüsser Tolik sosial şəbəkədə N.İbrahimovanın evli bir kişi ilə nikaha girməsi ilə bağlı status yazdı.

Ardınca isə Ruslan Musayevin birinci həyat yoldaşı Samirə mətbuata müsahibə verib.

R.Musayevin onunla nikahda olan zaman N.İbrahimova ilə görüşdüyünü deyib. N.İbrahimovanın onun ailəsini dağıtmaqda ittiham edib.

İradə İbrahimovanın mətbuat katibi Zəminə Rüstəmova vasitəsilə Gün.Az-a açıqlama verən Nigar İbrahimova isə R.Musayevin həyat yoldaşından 5 il öncə boşandığını deyib:

“Ruslanı il yarımdır ki, tanıyıram. Evlilik təklifi alanda isə onun həyatını incələməyə, nikaha girəcəyim insanın kimliyini öyrənməyə çalışdım. Ailəsini, nəslini tanımağa səy göstərdim.

Öyrəndim ki, həqiqətən də evli olub. Ruslanın iki övladı var. Amma onlardan yalnız birinin üzünü görüb. İkinci övladı dünyaya gələndə onlar artıq birgə deyilmiş. Ayrılmağa səbəb isə Ruslanın keçmiş həyat yoldaşı olub.

O, özü evi tərk edib. Hətta Ruslanın ailəsi də məsələyə qarışıb, qadını yola gətirməyə çalışıblar, amma onu fikrindən döndərə bilməyiblər. Ayrılığa səbəb kiçik ailə münaqişəsi olub. Ruslanı ətraflı tanıdıqdan sonra inandım ki, o mənimlə pula, var-dövlətə görə ailə qurmur. Onun özünün hər şeyi var: evi, maşını, yaxşı işi.

O, sadəcə yaxşı ailəyə sahib olmaq istəyirdi. Həmin xanım ailə qədri bilən idisə, niyə beş il gözlədi? Niyə susdu? İndi niyə çıxıb danışır? Ruslanın qədrini onu itirəndən sonra bildi? Evində qız övladı böyüyür, heç kimin arxasınca bu cür böhtanlar danışmasın. İtirdiyi bir şeylə bağlı xoş olmayan xəbərlər yaymaq onu narahat etmir?

Ruslan boşanmış insandır, indi də layiq olduğu qadını tapıb. Boşanmış biri ilə ailə qurmaq cəmiyyətdə qəbul olunmuş haldır. Həmin xanıma da xoşbəxtlik arzulayıram.

Hərənin özünə görə adı, imkanı var. Mən görüntü üçün ailə həyatı qurmamışam. Əgər evlənən idimsə, elə 20-25 yaşımda bunu edərdim. Biz ciddi bir ailə qurmuşuq və çox xoşbəxtik”.

Aytən Həsənova
Gün.Az

Share Share Share Share Share

Baxışların sayı: 1362

Xəta barədə xəbər vermək

Digər Xəbərlər
Bütün xəbərlər