23 Iyul 2014 | 16:33
Hava Bakı:
29 ˚C
Bölgələr Gəncəbasar Sumqayıt Şəki-Zaqatala Qarabağ Şimal-Şərq Ağsu-Şamaxı Cənub Tovuz-Qazax Mərkəzi Aran Mil-Muğan Naxçıvan

Şirvanda gələcək qlobal inkişaf mövzusunda milli gənclər müzakirələri keçirilib - Foto

Gənclər və İdman Nazirliyi, “NUR” Uşaq və Gənclərin İctimai Birliyi və UNICEF-in Azərbaycandakı nümayəndəliyi “Bizim istədiyimiz dünya” devizi altında Şirvanda milli gənclər müzakirəsini keçirib.

Gün.Az xəbər verir ki, toplantıda əsas məqsəd BMT-nin elan etdiyi 2015-ci ildən sonrakı əsas inkişaf məsələləri ilə bağlı ölkə gənclərinin təkliflərini öyrənmək olub.

Tədbirdə UNICEF-in Azərbaycandakı nümayəndəsi Mark Herevard, Gənclər və İdman Nazirliyinin sektor müdiri Nərmin Bağırova, millət vəkili Fuad Muradov iştirak edib.

M.Herevard bu gün çox həlledici bir gün olduğunu, belə ki, Minilliyin İnkişaf Məqsədlərinə çatmaq üçün son tarixə 1000 gün qaldığını diqqətə çatdırıb.

“Minilliyin İnkişaf Məqsədlərinin 2000-ci ildə təsdiqindən bəri artıq bir çox tərəqqi əldə edilib, əlbəttə ki, biz özümüzü gördüyümüz işlər münasibətilə təbrik edə bilərik – biz hələ də bu istiqamətdə nə kimi işlər görə biləcəyimizi düşünməliyik və buna görə də hansı məsələləri inkişaf etdirə biləcəyimizə qərar vermək üçün hər bir ölkədə bu müzakirələri keçiririk”.

M.Harvard hansı məsələlərin inkişaf etdirilməsi ilə bağlı gənclərlə müzakirələrin xüsusilə vacib olduğunu deyib. Onun fikrincə, gənclər həllini tapmayan məsələləri özlərində əks etdirəcəklər. Özlərinin və uşaqlarının yaşaya biləcəyi arzu edilən dünyanı qurmaq üçün öz sözlərini deyə bilməlidirlər.

Daha sonra təlimçilər Pərvanə Məmmədova və Fidan Kərimlinin rəhbərliyi ilə müzakirələr interaktiv şəkildə qrup işi və plenar müzakirələrdə davam etdirilib. Milli müzakirələrdə qaldırılan məsələlər və təkliflər 2015-2030-cu illər üçün inkişaf planının əsasını təşkil etməyə, yeni prioritetləri müəyyən etməyə kömək edəcək.

Tədbirdə əsasən təhsil, səhiyyə, gənclərin işlə təmin olunması, ətraf mühitin mühafizəsi və infrastrukturun yaxşılaşdırılması, narkomaniya ilə mübarizə məsələləri, eləcə də şəhər və kəndlər arasında mövcud olan bərabərsiz imkanlar müzakirə olunub.

Qeyd edək ki, Minilliyin İnkişaf Məqsədlərinə çatmaq üçün elan olunmuş son tarix yaxınlaşdığı üçün BMT-nin yeni inkişaf çərçivəsinin müəyyənləşdirilməsinə artıq hazırlıq başlanıb. Bu məqsədlə elmi dairələr, kütləvi informasiya vasitələri, özəl sektor, işəgötürənlər və həmkarlar ittifaqları, vətəndaş cəmiyyəti və hökumət qurumları, o cümlədən BMT agentliklərindən təklif və tövsiyyələrini cəmləşdirmək məqsədilə BMT genişmiqyaslı məsləhətləşmələr həyata keçirir.

Bu məqsədlə keçiriləcək toplantılarda yeni qlobal inkişaf məqsədləri müzakirə olunacaq, müzakirələrin nəticəsi olaraq azərbaycanlı gənclərin təklif və rəyləri hazırlanaraq, beynəlxalq müzakirələrə təqdim ediləcək. Milli müzakirələrin hər birində 30 nəfər olmaqla, cəmi 150 gənc iştirak edəcək.

Növbəti milli müzakirələr 11-12 aprel tarixində Lənkəranda keçiriləcək.  

Fidan Əliyeva
Gün.Az

Share Share Share Share Share

Xəta barədə xəbər vermək

Digər Xəbərlər
Bütün xəbərlər