1 Avqust 2014 | 02:37
Hava Bakı:
29 ˚C
Bölgələr Gəncəbasar Sumqayıt Şəki-Zaqatala Qarabağ Şimal-Şərq Ağsu-Şamaxı Cənub Tovuz-Qazax Mərkəzi Aran Mil-Muğan Naxçıvan

Gənclər evi - gənclərin ətraf mühit məsələlərində iştirakını artıran əsas platforma olacaq

“Gənclər evi - gənclərin ətraf mühit məsələlərində iştirakını artıran əsas platformadır” layihəsi öz fəaliyyətini davam etdirir.

Gün.Az xəbər verir ki, layihə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən Avropa İttifaqı və UNİCEF-in dəstəyi ilə həyata keçirilir.

Layihənin növbəti mərhələsi kimi Sabirabad, Goranboy, Yevlax, Göygöl və Lənkəran rayonlarının gəncləri arasında müxtəlif görüşlər keçirilib. Görüşlərdə hər regiondan bir qrup olmaqla 5 regional ekologiya qrupu tərəfindən irəli sürülən kiçik həcmli ekoloji layihələrə baxılıb və təkliflər layihələrin müşahidə şurası tərəfindən dəstəklənib.

Layihə müddətində regional ekologiya qruplarında  iştirak etmiş gənclərin uğur hekayələrindən ibarət video-çarxlar da hazırlanıb. Hazırlanan video-çarxlar zamanı aradan qaldırılan ətraf mühit məsələləri də öz əksini tapıb.

Layihə Lənkəran, Goranboy, Yevlax və Göygöl rayonlarını əhatə edir. Layihənin əsas məqsədi ətraf mühit məsələlərinin həllində gənclərin iştirakının təmin olunmasında “Gənclər Evi”-nin rolunun gənclərə ətraflı izah olunması və ətraf mühitin qorunmasında “Gənclər Evləri” və gənclərin birgə mübarizə aparması üçün münbit zəmin yaradılmasıdır.

Bu günə qədər layihə çərçivəsində 20000-dən çox gənc iştirak edib. Layihənin növbəti mərhələsində isə gənclər irəli sürdükləri kiçik həcmli layihələri reallaşdıracaq həmçinin regionların icra hakimiyyətinin nümayəndələri ilə gənclər arasında görüşlər keçiriləcək. 2014-cü ilin mart ayında isə layihənin yekun konfransı həyata keçiriləcək.

Fidan Əliyeva
Gün.Az

Share Share Share Share Share

Xəta barədə xəbər vermək

Digər Xəbərlər
Bütün xəbərlər