23 Iyul 2014 | 18:36
Hava Bakı:
29 ˚C
Bölgələr Gəncəbasar Sumqayıt Şəki-Zaqatala Qarabağ Şimal-Şərq Ağsu-Şamaxı Cənub Tovuz-Qazax Mərkəzi Aran Mil-Muğan Naxçıvan

Oruc Zalov: “Ölkədə sabitlik mövcuddur”

Oruc Zalov
Oruc Zalov

Bu gün Azərbaycanda elə bir narahatçılıq doğuran şərait yoxdur.

Gün.Az-ın məlumatına görə, bunu daxili işlər nazirinin müavini Oruc Zalov Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyaları (DSK) sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursda çıxışı zamanı deyib.

O.Zalov əvvəlcə daxili işlər orqanlarının seçkilərdə qarşısında duran vəzifələrindən danışıb.

O deyib ki, Daxili İşlər Nazirliyinin (DİN) və digər hüquq-mühafizə orqanlarının səmərəli işinin nəticəsidir ki, ölkədə sabitlik mövcuddur. O.Zalovun sözlərinə görə, bu gün ölkədə kriminogen durum nəzarət altındadır:

“Bu gün Azərbaycanda elə bir narahatçılıq doğuran şərait yoxdur. Aparılan profilaktik tədbirlər nəticəsində cinayət hadisələri baş verməmişdən öncə qarşısı alınır.

Azərbaycan nəinki bölgədə, keçmiş SSRİ-də, hətta onu əhatə edən coğrafiyada ən sabit və sakit ölkədir. Bu ölkələrlə müqayisədə Azərbaycan ən az cinayət halları baş verən ölkədir. 100 min nəfərə cəmi 232 cinayət hadisəsi baş verir. Bu da çox aşağı göstəricidir.

Bu, eyni zamanda hüquq-mühafizə orqanlarının əməkdaşlarının sayının artırılması deyil, ümummilli lider Heydər Əliyevin siyasəti və bundan sonra da onun layiqli davamçısı İlham Əliyevin fəaliyyətinin nəticəsində mümkün olub”.  

O.Zalov sabitliyin ölkənin ən ucqar regionlarında da mövcud olduğunu deyib:

“Bu gün Azərbaycan gələn yüzlərlə, minlərlə turist ölkədə istənilən vaxt istirahət edə və gəzə bilir. Hazırda polisin maddi-texniki bazası o qədər genişlənib ki, ölkə ərazisi müasir avadanlıqlar vasitəsilə nəzarət altında saxlanılır”.

Qarşıdan gələn prezident seçkilərinə toxunan DİN rəsmisi qeyd edib ki, polisin – hüquq-mühafizə orqanlarının üzərinə düşən əsas vəzifələrdən biri də ölkədə mövcud olan sabitliyi qoruyub saxlamaq və təmin etməkdir:

“Çalışırıq ki, seçki zamanı seçicilərin və bu prosesi həyata keçirən şəxslərin təhlükəsizliyi tam təmin edilsin”.

Kamil Həmzəoğlu
Gün.Az

Share Share Share Share Share

Xəta barədə xəbər vermək

Digər Xəbərlər
Bütün xəbərlər