1 Avqust 2014 | 08:43
Hava Bakı:
29 ˚C
Bölgələr Gəncəbasar Sumqayıt Şəki-Zaqatala Qarabağ Şimal-Şərq Ağsu-Şamaxı Cənub Tovuz-Qazax Mərkəzi Aran Mil-Muğan Naxçıvan

Texnikumlara imtahan günü elan olundu

Məleykə Abbaszadə
Məleykə Abbaszadə

Avqustun 28-də cari tədris ili üçün ümumi orta təhsil bazasında orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək.

Gün.Az-ın verdiyi xəbərə görə, bunu mətbuat konfransında Tələbə Qəbul üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib.

O xatırladıb ki, ümumorta təhsil bazasında sənəd qəbulu iyulun 2-də elan edilib. İxtisasların siyahısı və plan yerləri barədə məlumat isə  Abituryent jurnalının 4-cü nömrəsində dərc olunub. Sənəd qəbulu ikinci ildir ki, internet vasitəsilə aparılıb.

“31 251 sənəd qəbul edilib. Abituyentlər imtahana buraxılış vərəqələrini avqustun 24, 25, 26-da ala bilərlər”.

M.Abbaszadənin sözlərinə görə, imtahanlar  635 ixtisas üzrə 46 texnikuma keçiriləcək.

“Ayrılmış 9642 plan yerindən 8449-u Azərbaycan bölməsinə, 312-i rus, 881-i isə birgə müsabiqə aparılan ixtisaslara aiddir. Qəbul imtahanları Bakı, Sumqayıt, Naxçıxan, Lənkəran, Gəncə, Mingəçevir, Şəki, Şirvan, Ağcabədi, Göyçay, Xaçmaz şəhərlərində keçiriləcək və eyni vaxtda saat 13:00-da başlayacaq”.

Abituryentlərər 1 saat 30 dəqiqə vaxt veriləcək və onlar hər fənndən 15 sual olmaqla Ana dili, Azərbaycan tarixi və riyaziyyatdan suallara cavab verəcəklər.

Rus dili bölməsinin abituryentləri Ana dili fənn bloku daxilində rus dili fənni ilə yanaşı, Azərbaycan dilindən də imtahan verəcəklər. Həmin abituryentlərə Azərbaycan dilindən 5, rus dilindən isə 10 sual təqdim olunacaq.   

Rüfət Əhmədzadə
Gün.Az

Share Share Share Share Share

Xəta barədə xəbər vermək

Digər Xəbərlər
Bütün xəbərlər