23 Sentyabr 2014 | 05:16
Hava Bakı:
29 ˚C
Bölgələr Gəncəbasar Sumqayıt Şəki-Zaqatala Qarabağ Şimal-Şərq Ağsu-Şamaxı Cənub Tovuz-Qazax Mərkəzi Aran Mil-Muğan Naxçıvan

Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza-Xilasetmə Xidməti “Dalğıc” kursları keçirəcək

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xəzər Hövzə Qəza-Xilasetmə Xidməti gəncləri “Dalğıc” kurslarına dəvət edir.

Gün.Az nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza-xilasetmə Xidməti I-II qrup ixtisaslı, 3-cü dərəcəli dalğıcların hazırlanması üzrə müsabiqə elan edib.

Nazirlikdən bildirilib ki, müsabiqədə 20-25 yaşlı, tam orta təhsilli, həqiqi hərbi xidmət keçmiş oğlanlar (ingilis dili bilənlərə üstünlük verilir) iştirak edə bilərlər.

“Müsabiqədə iştirak etmək istəyənlər 25 aprel tarixindən 25 may 2012-ci il tarixinə qədər (şənbə və bazar günlərindən başqa) saat 0900-dan 1700-dək Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin sənəd qəbulu komissiyasına müraciət etməlidirlər.

Müraciət zamanı ərizə, tərcümeyi-hal, 2 ədəd 3x4 ölçülü rəngli fotoşəkil, şəxsiyyət vəsiqəsinin dövlət notariusunda təsdiq olunmuş surəti, doğum haqqında şəhadətnamənin dövlət notariusunda təsdiq olunmuş surəti, tam orta təhsil haqqında sənədin dövlət notariusunda təsdiq olunmuş surəti, yaşayış yerindən arayış və sağlamlıq haqqında arayış təqdim olunmalıdır” – deyə, məlumatda qeyd edilir.

Elanda vurğulanıb ki, kursu bitirənlərə müvafiq sertifikat təqdim olunmaqla yanaşı, tədrisdə fərqlənənlərə Xəzər Hövzə Qəza-xilasetmə Xidmətində işlə təmin olunmaq imkanı yaradılacaq.

Qeyd edək ki, tədris 1 iyun 2012-ci il tarixindən başlanır və 6 ay müddətinə Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası ilə razılaşdırılmış Tədris Müəssisəsində müvafiq proqram əsasında aparılır.

Fərid Ədalət
Gün.Az

Share Share Share Share Share

Xəta barədə xəbər vermək

Digər Xəbərlər
Bütün xəbərlər