Azərbaycan Kanadada futuroloqların beynəlxalq konfransında təmsil olunub – Foto
Azərbaycan Futuroloqlar Cəmiyyətinin sədri Reyhan Hüseynova iyulun 26-27-də Kanadanın Toronto şəhərində təşkil olunmuş Minilliyin Layihəsinin illik hesabat konfransında iştirak edib.
Gün.Az xəbər verir ki, bundan sonra o, məşhur futuroloqların iştirak etdiyi Dünya Gələcəyin Tədqiqatları Cəmiyyətinin (World Future Society 2012) illik konfransında iştirak edib.
Reyhan Hüseynova artıq üçüncü ildir ki, bu konfranslarda Azərbaycanı Minilliyin layihəsinin Azərbaycan bölməsinin sədri kimi təmsil edir.
R.Hüseynova konfransda çıxış edərək cəmiyyətin il ərzindəki fəaliyyətindən bəhs edib, növbəti il üçün inkişaf perspektivləri haqqında məlumat verib.
Bu il konfransda Minilliyin layihəsinin Kanada, Meksika, Venesuela, Mərkəzi Avropa, Finlandiya, Almaniya, Böyük Britaniya, İspaniya, Çin, Yaponiya, Misir, Sloveniya, Brüssel bölgəsi, Dominikan Respublikası, Silikon vadisi və Kiber bölmələrinin sədrləri iştirak ediblər.
Minilliyin layihəsinin direktoru Cerom Qlenn və Ted Qordon (ABŞ) “Gələcəyin Durumu 2012” hesabatını təqdim edərək son tədqiqatlar və əsasən onlayn rejimdə layihə tərəfindən aparılmış bütün tədqiqatların fasiləsiz yenilənməsinə imkan verəcək Qlobal Gələcəyin Kollektiv Kəşfiyyat Sisteminin (Global Futures Collective Intelligence System) yaradılması haqqında məlumat verib.
Dünya Gələcəyin Tədqiqatları Cəmiyyətinin konfransında isə əksər ölkələrdən mindən artıq alim iştirak edib.
R.Hüseynova Azərbaycanın bu gün və gələcək gündəliyində duran ən vacib məsələlər və bu məsələlərin həllində gələcəyin araşdırmalarının nə cür rol oynaması haqqında çıxış edib və Prezident İlham Əliyevin “Azərbaycan – 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması haqqında fərmanı barədə məlumat verib.
R.Hüseynova AFC-nin Minilliyin layihəsi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Prezident yanında Strateji Araşdırmalar Mərkəzi ilə birgə həyata keçirdiyi ən son layihələrdən biri -Azərbaycanın Gələcək Durumu İndeksi (AZ-SOFI – Azerbaijan State of the Future Index) hesabatı haqqında da danışıb.
Qeyd edib ki, bu araşdırmanın ilk mərhələsində ölkənin gələcəyi üçün əhəmiyyətli olan 20 dəyişənlər və ona təsir göstərən 24 hadisələr nəzərə alınmış, növbəti addım kimi 100-dən çox alim və ekspertlərin təcrübəsindən və dəyərli biliklərindən istifadə edərək Delfi (RTD) metodu vasitəsilə onlayn tədqiqat sorğusu keçirilib.
R.Hüseynova Azərbaycanda gələcəyin araşdırmalarının inkişafı və tədqiqi, proqnozlaşdırma sahəsi üzrə gələcək nəslin yetişməsində Azərbaycan Dövlət İqtisad Universitetində tələbələr üçün artıq 3 ildir ki, həyata keçirilən onlayn, ingilis dilli “Azerbaijan Foresight” tədris-təlim layihəsi haqqında da ətraflı məlumat verib.
Pərvanə Sultanova
Gün.Az
URL : http://www.gun.az/social/45895
Baxışların sayı: 1609
-
Kənan MM: “Azərbaycanda aktyor ümumiyyətlə yoxdur”
-
Manpası: Göydən üç alma düşdü və ya yeni Manpasıda nədən danışdılar – Video
-
İlhamə Quliyeva Nazpəri Dostəliyevadan maddi təzminat olaraq 700 min manat istəyir
-
Keçmiş həyat yoldaşı Hüseyn Dəryanı məhkəməyə verdi
-
Flora Kərimova ilə Nadir Qafarzadə yenə duet oxudular - Video
-
Güllü Hüseynova: “Gitaraçı Rəmişin oğlu yoxdur”
-
Elza Seyidcahan yeni görkəmdə - Foto
-
Xatirə İslamın oğlunun ilk video görüntüləri - Video
-
Bəstəkardan müğənniyə mahnı qadağası
-
Zarina Məmmədova “Sonra” dedi - Audio
-
Təranə Qumral Facebook-da – Foto
-
“Toppuş bacı” toyunun tarixini açıqladı
-
Türkiyənin tanınmış müğənnisi və DJ-i Bakıya gəlir - Video
-
Beyons hamiləliyi barədə şayiələrə cavab verdi
-
Cennifer Lopesin yeni klipinin təqdimatı – Video
-
Roza Zərgərli beynəlxalq musiqi festivalında münsif olacaq
-
Aygün Kazımova: “Sevgi yaradıcılığıma mane olur” - Video
-
Röyadan həyat yoldaşına hədiyyə - Video
-
Aygün Kazımova Kadir Çöpdemirin qonağı olacaq – Video
-
Nazpəri Dostəliyeva göz qapaqlarında əməliyyat aparılması xəbərinə münasibət bildirdi
-
Aybəniz Haşımova tələbəsinin “Eurovision”un növbəti mərhələsinə keçdiyi üçün qurban kəsəcək
-
Ukraynalı qızın göbək rəqsi YouTube-da rekordlar vurur - Video
-
Filipp Kirkorov: “Hamını günəşli və qonaqpərvər Bakıya səs verməyə səsləyirəm” - Video
-
Rəqsanə xəstəxanalıq oldu - Foto
-
Cinsini dəyişən aktrisa qadın sevgilisi ilə görüntüləndi - Video
-
Türkiyəli aktrisanın illər sonra erotik fotolarını yaydılar - Foto
-
Məşhur aktyor qarabasmadan əziyyət çəkir – Foto-Video
-
Bu axşam Azərbaycan və Türkiyə tamaşaçılarını böyük sürpriz gözləyir
-
Kosmosda klip çəkildi – Video
-
Azərbaycanlı model meşədə poza verdi – Foto
-
Miri Yusif Yaşıl Teatrda konsert verəcək - Audio
-
Üzeyir Mehdizadə Nabrana gedir
-
Bakıda Kolumbiya rəqsləri - Foto
-
Ayan Babakişiyevadan şok açıqlama
-
“Bir mələyin ürək səsi” adlı diskin təqdimatı keçirilib
-
Aysel Əlizadənin mahnısı rekord sayda izlənib – Foto-Video
-
Hüseyn Dərya: “Narkotikdən istifadə edən xanəndələrimiz var” - Video
-
Tolik: “Yerli şou-biznesdə kişi tapıb, onun hesabına brend geyinənlər çoxdur”
-
Manpası: “Dümanın “Qraf Monte Kristo” əsərini kim yazıb və digər suallar” - Video
-
Brilliant Dadaşovanın Facebook-dakı statusu aləmi qarışdırdı - Foto