3 Sentyabr 2014 | 07:04
Hava Bakı:
29 ˚C
Bölgələr Gəncəbasar Sumqayıt Şəki-Zaqatala Qarabağ Şimal-Şərq Ağsu-Şamaxı Cənub Tovuz-Qazax Mərkəzi Aran Mil-Muğan Naxçıvan

2013-il bürclərə nə vəd edir? - İllik proqnoz

Qarşılamağa hazırlaşdığımız 2013 - Qara ilan ili 2012-ci il kimi Merkuri planetinin himayəsi altında keçəcək.

Gün.Az 2013-cü illə bağlı proqnoz verən astroloqlara istinadən xəbər verir ki, yeni il tanışlıqlar, ünsiyyət kommunikasiya vərdişlərinə yiyələnməklə yanaşı, yeni perspektivlərə yol açacaq və səmərəli olacaq.

İlan müdriklik rəmzi olduğundan, ümumilikdə, 2013-cü il müdrik, ağıllı və düşünülmüş hərəkətlər öz yüksək qiymətini alacaq.

Gələn il heç kimdən yardım gözləmədən öz gücü ilə qərar qəbul edib, hərəkət edənlər üçün uğur vəd edir.

Ancaq 2013-cü ildə çətinliklərlə rastlaşanlar da olacaq. Bəziləri hər şeyi yenidən başlamalı olacaq. Ancaq bu, o demək deyil ki, ilan xoşbəxtlik gətirməyəcək. Sadəcə hər şeyin dəyərini və qiymətini vermək ilin tələbidir.

2013-cü il yaradıcı insanlara uğur vəd edir və bu adamların sözləri keçərli olacaq.

Gələn il ailə quranlar isə ən uzun ömürlü və xoşbəxt ailəyə başlayacaqlar.

Qoç bürcü – 2013-cü Qara ilan ili qoçlara asan olmayan və gözlənilməz hadisələrlə bol il vəd edir. Bu bürcün təmsilçilərini yeni ildə yaxşı perspektivlər gözləyir.

Qoçların həyatında dəyişikliklər olacaq, ancaq bunun üçün onlar çox işləməli olacaqlar. Ətrafdakılarla yaxşı ünsiyyət uğurun əsas faktoru olacaq. Konfliktlər isə bütün başlanan perspektivləri tamamilə məhv edə bilər.

İlan tələsməyi sevmədiyindən və planlaşdırılmış şəkildə irəlilədiyindən qoçlar bütün işlərini öncədən planlaşdırmalıdılar. Düşünülmüş hərəkətlərin nəticəsi uğurdur.

Qarşıdan gələn ildə hadisələri nəzarətdə saxlamaq və uğur qazanmaq üçün eyni fikirli insanlar tapmalı və onlarla məsləhətləşməlisiniz.

İlin birinci ayı özünüzdə güc hiss etsəniz də, fevralda  həmkarlarla, ailə üzvləri, sevdiyiniz insanla fikir ayrılıqları, problemlər ortaya çıxacaq.

Yay sizə daha çox uğur gətirəcək. Payızda isə problemlərə sinə gələcək, həyatdan istədiklərinizi ala biləcəksiniz.

Buğa bürcü – Qara su ilanı buğalara il boyunca uğur vəd edir. Yeni ilin ilk aylarından buğalar karyerada uğur qazanmaq üçün irəliləyə bilərlər.

Əgər planlaşdırmadan buğalar həyatlarını başqa səmtə dəyişmək istəsələr yekunda uğursuzluq əldə edəcəklər.

2013-cü ildə buğaların darıxmağa vaxtı olmayacaq. Bu bürcün təmsilçiləri gələn ildə qarşılarına çıxan bütün problemləri həll etmək gücündə olacaqlar.

Yaz ayları buğalara gələcək planlar qurmaq üçün əlverişli olacaq. Qara ilan ilində reputasiya qazanmaq, biznesə başlamaq, gözəl əməkdaşlıq əldə edə bilmək üçün də uğurludur.

Yazın əvvəlində iş yerini dəyişmək və yeni təklif almaq üçün yaxşı fürsət yaranacaq.

İlin əvvəli o qədər uğurlu olmasa da, ilin ortasından başlayaraq buğalar hamının sevimlisinə çevriləcək. Bəzi çətinliklərə baxmayaraq, gələcək üçün uğurlu addımlar atmağın vaxtıdır. Yeni ildə 2012-ci ildə planlaşdırılan bütün işləri uğurla reallaşdıra bilərsiniz.

Yazda buğaları dostluq və şəxsi həyatlarında sürprizlər və uğur gözləyir.

Əkizlər bürcü – 2013-cü il əkizlər üçün uğurlu olacaq. Ancaq bu, o demək deyil ki, hər şey problemsiz başa gələcək. Əkizlər uğur qazanmaq və məqsədlərinə çatmaq üçün öz təcrübələrini istifadə etməli olacaqlar.

Bu bürcün təmsilçiləri uğur əldə etmək üçün tərəddüdləri bir yana qoymalıdırlar.

İlin əvvəlində əkizlər bir az taym-aut götürüb, güclərini səfərbər etməli olacaqlar. Onlar infeksion xəstəliklərə daha həssas olduqları üçün səhhətlərinin qayğısına qalmalıdırlar.

Yazda aktiv həyata dönməyin əsl vaxtıdır. Həmin dövrdə bu ildən qalan işləri yekunlaşdırmağın əsl məqamı çatır.

Əkizlərə neytral olmaq və konfliktlərə qarışmamaq məsləhət görülür.

Payız bilik artırmaq üçün əsl fürsətdir. İlin sonunda isə iş həyatında uğur qazanmaq üçün irəliləmək yaxşı nəticə verə bilər. Yeni ildə heç nəyi dəyişmək məsləhət görülmür, ancaq köhnə işləri yeniləmək və inkişaf etdirmək müsbət nəticə verə bilər.

Xərçəng bürcü - Xərçənglər ilin əvvəlində depressiya və ya gücsüzlük hiss edəcəklər.

Ümumilikdə isə İlan ili xərçənglər üçün yaxşı keçəcək. İl ərzində həyatınızı yeni mərhələyə çatdırmaq üçün bolluca şansınız olacaq. Panikaya düşməmək, yaxşı xüsusiyyətləri irəli çəkmək ilin devizi olmalıdır.

İlin əvvəlində bu bürcün təmsilçilərinə səhhətlərinin qayğısına qalmaq tövsiyə olunur.

Yazın gəlişi ilə kefiniz yaxşılaşacaq və əlinizi atdığınız hər işdən xeyir görəcəksiniz.

Aktiv mövqedə durmağınız da öz müsbət nəticələrini verəcək. Ancaq əldə etdiyiniz uğurlardan arxayınlaşmaq lazım deyil. Daha böyük uğurlara çatmaq üçün məqsədyönlü fəaliyyət göstərmək lazımdır.

İşləriniz nə qədər çox olsa da, səhhətinizin qayğısına qalmağı unutmamalısınız.

İlan ilində konfliklərdən uzaq olmaq, nikbinlik və hər kəslə mülayim davranma da xeyrinizə işləyəcək.

Tərəzi bürcü – Tərəzilər üçün Qara ilan ili daha çətin keçəcək. İl tərəzilərin üzərinə problemləri həll etməyi qoyacaq.

Biznesmen tərəzilər öz gəlirlərinin azaldığını hiss edəcəklər. Ancaq payız aylarında öncə gördükləri işlərdən dividentlər qazanacaqlar. Yeni ildə uğur qazanmaq üçün onlar özlərinə inamı artırmalıdırlar. Məqsədyönlü və razılaşdırılmış hərəkətlər etməyin zamanı çatıb.

İşlərini asanlaşdırmaq üçün tərəzilər yeni ildə dəqiq plan qurmalı və həmin plana uyğun olaraq hərəkət etməlidirlər.

Plansız və düşünülməz hərəkətlər bütün hər şeyi alt-üst edə bilər. Ona görə də səbirli və düşünülmüş addımlar atmaq lazımdır.

Tərəzilər sevdikləri ilə də nəzakətli olmalı, onları hər şeydə ittiham etməməlidirlər. Əks halda sevdiyinizlə aranızda dərin uçurum yarana bilər.

Şir Bürcü – Qara ilan ilində şirlər aktiv həyat tərz keçirib və əzmlə çalışsalar karyera, şəxsi həyat, biznes fəaliyyəti ilə bağlı qarşılarına qoyduqları məqsədə çata biləcəklər.

Demək olar ki, 2013-cü il şirlər üçün dönüş ili olacaq. Onlar bütün tərəddüdləri bir kənara qoyub qətiyyətli addımlar atmalıdırlar. Ancaq bu yöndə kiçik bir səhv onlara baha başa gələ bilər.

Şirlər yadda saxlamalıdır ki, yeni il onlardan son dərəcədə təmkinli və səbirli, ölçülüb-biçilmiş addımlar tələb edir.

Şirlərin başqalarına yuxarıdan aşağı baxması, səbirsizliyi onların əleyhinə işləyə bilər və təklənə bilərlər.

Hər hansı bir layihəyə liderlik edən şirlər isə uğur qazanacaq. 2013-cü il təhsilin artırılması üçün də uğurludur.

Ancaq həvəsləndirici və azart oyunlar peşmançılıqlara yol aça bilər. Buna yol verən şirlər külli miqdarda maddi ziyana düşə bilərlər.

Qız bürcü – Qız burucu altında doğulanlar İlan ilinin başlaması ilə güclərinin artdığını və həyat eşqi yaşayacaqlar.

Qızlar özlərini həyatın müxtəlif sahələrində sınamağa can atacaqlar. Nəticədə onlar öz əhatə dairələrini və əlaqələrini genişləndirəcəklər.

Yeni ildə şəxsi həyat qızlar üçün ön plana keçəcək. Qızlar çox nadir hallarda səhvlərə yol versələr də, ilin birinci yarasında onlar bundan sığortalanmayıb. Həmin müddətdə onlar təhsildən, işdən yayınıb buraxdıqları səhvlərlə məşğul olacaqlar.

Buna baxmayaraq qarşıdakı il qızlar üçün çoxlu uğurlar gətirəcək. Yeni ildə öz biznesini qurmaq, yeni işə keçmək, şəxsi həyat qurmaq istəyənlər uğur qazanacaqlar.

Qızların ilan ilində istirahət etməyə vaxtı qalmayacaq. Onları gərgin və hərəkətli həyat gözləyir. Qızlara işlərində həmkarları, dostları dəstək olacaq. Əsasən yaradıcı qızlar üçün hər yerdə yaşıq işıq yanacaq.

Əqrəb bürcü - Bu bürc altında doğulanlar üçün İlan ili yaradıcı və uğurlu olacaq. İl boyu əqrəblər özlərini yüngül və rahat hiss edəcəklər.

Qarşıya qoyulan planları reallaşdırmağın əsl məqamıdır. Əqrəbləri ciddi manilər gözləmir. Yeni il karyera və yaradıcı sahədə çevrilişlər gözlənilir.

İlan ili əqrəblər üçün şəxsi həyatda da gözəl şanslar açacaq. Əqrəblər ilanlar kimi səbirli olmağı və tələskənliyi sevmədikləri üçün yeni ilin sevimlisi olacaqlar.

Qarşılaşdıqları çətinlikləri isə dəf etmək o qədər də çətin olmayacaq.

Oxatan bürcü - Oxatanlar üçün 2013-cü il uğurlu olacaq. Bu uğurdan istifadə edib, oxatanlar iş və şəxsi həyatlarını qurmalıdırlar.

Onlar da əqrəblər kimi qarşılarına sıxan problemlərin öhtəsindən asanlıqla gələ biləcəklər, görəcəkləri bütün işlər şəxsi həyatlarının yaxşılaşmasına yardım edəcək.

Oxatanların ən çox problemləri maddiyatla bağlı olacaq. Ona görə də, onlar öz maddi problemlərini həll etmək üçün ilin əvvəlindən müəyyən işlər görməlidirlər.

İlin ikinci yarasında Oxatanlardan bir az ehtiyatlı olmaq tələb olunur. Şəxsi həyatlarında rast gəldikləri problemləri təmkinlə həll etmək lazım gələcək.

Oğlaq bürcü - Oğlaq bürcü altında doğulanların xəstələnmə riski böyükdür. İl boyu səhhətinizin qayğısına qalmalısınız.

Karyeranızda isə ilan ili sizə uğur vəd edir. Yalnız ilin son 2 ayında bəzi çətinliklərlə üzləşə bilərsiniz. Gəlirləriniz isə sizə qane edəcək qədər yaxşı olacaq. Əsasən qış və yaz aylarında kapitalınızı artıra bilərsiniz.

Şəxsi həyatınızda bəzi problem və çətinlikləri həll etməli olacaqsınız. Kompromisə gedə bilməmək vəziyyəti gərginləşdirə bilər.

Dolça bürcü - Dolça bürcü altında doğulanların  2013-cü ildə uğurunun açarı aktiv və enerjili olmalarıdır.

Bu bürc altında doğulanlara ilan ili həyatlarının yaxşılaşdırılması üçün çoxlu sayda imkanlar açacaq. Tənbəllik etmədən səylə görülən işlər gələcəyiniz üçün gözəl şanslar aça bilər.

İlin əvvəlində qara ilan ili dolçalara bir az çaşqınlıq yaşadacaq və hər hansı qərar qəbul etməkdə çətinliklər olacaq. Məqsədə çatmaq üçün var gücü səfərbər etmək yetəcək.

Fevral ayında nəhayət ki, dolçalar özlərini toplaya biləcək və bütün işlərin öhdəsindən gələrək yaxşı nəticələr əldə edəcəklər.

Yaz ayında dost və həmkarlarla xoşa gəlməyən münasibətlər yarana bilər.

Özünüzü  güclü göstərmək və hər şeydə önə çıxmaq üçün şəxsi təcrübənizdən istifadə etməlisiniz.

Balıqlar bürcü - Balıqlar yeni ildə aktiv həyat tərzi gecikəcəklər. 2012-ci ildə başladıqları işlər yeni ildə sizə uğur gətirəcək.

Qarşıdan gələn ildə balıqlar özlərini suda olduqları kimi rahat hiss edəcəklər. Onlar öz güclərini müxtəlif sahələrdə sınayacaqlar və işgüzar sahədə görülən işlər onların gələcək mayakına çevriləcək.

Ümumilikdə il onlar üçün uğurlu və bəhrəli olacaq. Fikirlərində tutduqları bir çox işləri reallaşdırmaq mümkün olacaq.

İş yerində balıqlardan ehtiyatlı olmaq tələb olunur. Eqoist hərəkətlər həmkarlarla konfliktlərə səbəb ola bilər. Təklik balıqlar üçün ağır olduğundan, ətrafdakılarla daha nəzakətli olmaq məsləhətdir.

Mirvari Kamilqızı
Gün.Az

Share Share Share Share Share

Xəta barədə xəbər vermək

Digər Xəbərlər
Bütün xəbərlər