#Khadijautan! – köşə
Hazırda bütün ölkənin, ən azından sosial şəbəkə istifadəçisi olan kəsimin gündəmində olan əsgər Ceyhun Qubadovun ölümüdür.
Artıq üç gündür ki, insanlar sosial şəbəkələrdə bu məsələni müzakirə edir, müxtəlif fikirlər səsləndirirlər.
Birmənalı olan və müzakirə predmeti olmayan isə hadisənin səbəbinin araşdırılması, günahkarların cəzalandırılması və gələcəkdə belə halların baş verməsinin qarşısının alınmasıdır.
Dünən baş verənlər isə hökumətin baş vermiş olayın araşdırılması və günahkarların cəzalandırılmasında nə qədər qətiyyətli olacağını ortaya qoydu. Mərhum əsgərin anası Samirə Qubadova Müdafiə Nazirliyi və Respublika Prokurorluğunun ən yüksək rütbəli nümayəndələri tərəfindən qəbul edildi, ona hadisənin tez bir zamanda araşdırılıb, günahkarların cəzalandırılacağı barədə vəd verilib. Bu vədlərin icrası özünü çox gözlətmədi. Hadisənin baş verdiyi qoşun birləşmələrinin 2 qulluqçusu həbs edildi, bir neçəsi isə cəzalandırıldı və ya tutduqları vəzifədən azad edildi.
Bu qətiyyətli addımlar aidiyyatı qurumların məsələni nə dərəcədə ciddi qəbul etmələrinin göstəricisidir və mən inanıram ki, qeyri-döyüş şəraitində əsgər ölümlərinin qarşısının alınması ilə bağlı görülən işlər öz müsbət nəticəsini verəcəkdir.
Hadisələrin bu gedişatı sosial şəbəkə əhlinin böyük qisminin narahatçılığını ortadan qaldırdı. Mərhum əsgərin anası Samirə Qubadova da xalqa müraciətində onun kədərini bölüşən hər kəsə təşəkkürünü bildirdi və qeyd etdi ki, “mənə və ailəmə dövlətimin dəstəyi yetərlidir”. Eyni zamanda əlavə etdi ki, oğlunun ölümünü ətrafında qalmaqal yaradılmasın, hansısa aksiyalar keçirilməsin.
Samirə Qubadovanın bu fikirləri, bəzi insanlara gözünün yaşı qurumamış ananı “oğlunun meyiti üzərindən bazarlıq edən” adlandırmağa kifayət etdi.
Bəs kimdir bu adamlar?
Əslində onları çox gözəl tanıyırsınız.
Bu adamlar həmin insanlardır ki, Macarıstan məhkəməsi Azərbaycan Ordusunun zabiti Ramil Səfərova ömürlük həbs cəzası verəndə iqtidarı zabitinə sahib çıxa bilməməkdə ittiham etdi. Ötən il cənab Prezident öz ordusunun zabitinə sahib çıxıb onu geri qaytarılmasını təmin edəndə isə eyni insanlar bu dəfə “cinayətkar” və “cani” adlandırdı, olmazın tənqid və təhqirlərə məruz qoydu.
Bir məqamı da qeyd edim ki, onların bu yanaşması erməni təşkilatlarının yanaşmasında o qədər də fərqlənmirdi.
Bu həmin insanların Azərbaycan zabitinə münasibətinə dair kiçik bir misal idi.
İndi övladını itirmiş analarla bağlı.
Ötən il cəbhə xəttində erməni snayperləri tərəfindən qətlə yetirilmiş azyaşlı Fariz Bədəlov və bir müddət sonra yenə cəbhə xəttində erməni terrorunun qurbanı olmuş 13 yaşlı Aygünün valideynləri də gözüyaşlı idilər. Onlar da ədalət üçün yardım istədilər, səslərinin eşidilməsini istədilər. Amma, çox təəssüflər olsun, beynəlxalq insan hüquqları təşkilatları ilə yaxın əlaqələrinin olması ilə öyünən bu insanlar nəinki həmin valideynlərə kömək etmədilər, heç onların səslərini belə eşitmək istəmədilər. Erməni terrorunun qurbanı olmuş Fariz və Aygünə ədalət kampaniyası başlatdıq, bu insanlardan dəstək istədik və gözlədiyim kimi heç bir dəstək verilmədi.
Çünki bu insanlar üçün düşmən erməni terrorçuları deyil, bu insanlar üçün düşmən – indiki hakimiyyət və onu dəstəkləyən hər kəsdir.
Dünən isə özünü jurnalist adlandıran Xədicə İsmayılın hadisəylə bağlı verdiyi şərh bu insanların məsələyə yanaşmalarını bütün çılpaqlığı ilə gözlər önünə sərib. Övladını itirmiş ana haqqında iki gün öncə “onun fəryadını eşidin, səsinə səs verin” deyən bu adam, Samirə Qubadovanın son çıxışından sonra onu təhqir edərək “oğlunun meyiti üzərindən bazarlıq edən” adlandırıb.
Əslində əsgər anasının dramı üzərində oyun qurub, bundan öz siyasi məqsədləri üçün istifadə etmək istəyən insanın planları pozulmuşdu və bu reaksiya başadüşüləndir.
Bütün qeyd olunan məqamları bir araya toplayanda nəzərimizdə çox çirkin bir mənzərə canlanır. İnandıqları dəyərləri olmayan, əqidə yoxsulları, özləri və başqalarına hörmət etməyən “demokrat”lar növbəti dəfə özlərinin əsl simalarını ortaya qoydular. Onlar üçün nə Vətən, nə millət, nə əsgər, nə də gözüyaşlı əsgər anası önəmli deyil, onlar üçün önəmli olan hakimiyyətə qarşı istifadə edə biləcəkləri hadisələrin olmasıdır. Bəlkə də qəlblərinin daxilində belə hadisələrə sevinir, onların daha çox olmasını arzulayırlar.
Amma yaxşı ki, bu cür insanları ifşa etməyə belə ehtiyac qalmayıb. Artıq cəmiyyət kimin-kim olduğunu və nə üçün çalışdığını çox gözəl bilir. Dünəndən etibarən Twitterdə başladılmış və çox sayda sosial şəbəkə fəalının qoşulduğu #Khadijautan! kampaniyası bu insanlara qarşı ictimai qınağın sübutudur.
Qoy Xadicə İsmayılın simasında bütün əsgər cəsədi üzərindən siyasət aparmaq istəyənlər utansınlar!
Rauf Mərdiyev
URL : http://www.gun.az/social/61163
Baxışların sayı: 5075
-
Bərdədə ata qızını baltalayaraq qətlə yetirib
-
Ata ilə oğlunu bıçaqlayan şəxs tutuldu
-
Bakıda Almaniya vətəndaşını qətlə yetirən şəxs tutulub
-
Azərbaycanda mayın 16-da 46 cinayət faktı qeydə alınıb
-
Bakıda ata oğlunun qeyri-rəsmi arvadını baltaladı
-
Masallı sakini həmkəndlisini namus üstündə güllələdi
-
Quş damında narkotik becəribmiş
-
Gəncədə dələduzluq edən Lənkəran sakini saxlanılıb
-
Mütəşəkkil oğru dəstənin məhkəməsi başlayıb
-
Polis şöbəsində kişini döyən qadının məhkəməsi başa çatıb
-
Bakıda gecə barında və saunada əxlaqsızlıqla məşğul olan 53 nəfər saxlanılıb
-
Saatlıda ər arvadını öldürdü
-
Azərbaycanlı Moskvada lotereya aparatını oğurladı
-
Özündən 16 yaş kiçik sevgilisi tərəfindən törədilən qətlin təfərrüatı
-
Gəncədə gözəllik salonundan oğurluq edilib
-
Gəncədə soyğunçuluq edən şəxs saxlanılıb
-
Rüşvət alan zabitə cəza verilib
-
Azərbaycanda mayın 14-də 64 cinayət faktı qeydə alınıb
-
Rüşvət alan hərbi komissarlıq əməkdaşına hökm oxunub - Video
-
Axtarışda olan hərbçi Gəncədə saxlanılıb
-
Bakıda gənc oğlan 41 yaşlı məşuqəsini qətlə yetirdi
-
1,5 kiloqram narkotikə görə ömürlük həbs?
-
Adam öldürmək istəyən keçmiş məhkumun şikayəti təmin edilmədi
-
Arvadını bıçaqlayan ərə hökm oxunub
-
Gəncədə axtarılan dələduz saxlanılıb
-
Prokuror nazir müavininin köməkçisinə cəza istəyib
-
İstirahət günlərində 100 cinayət faktı qeydə alınıb
-
Dələduz müəllimin məhkəməsi başlayıb
-
Sevgilisinin dostuna vurulan müəllimə cinayətə baiskar olub - Cinayət tarixi
-
“Çənlibel”i əxlaqsızlıq yuvasına çevirən qadın saxlanılıb
-
Həbsxanadakı məhkum qohumuna telefon keçirtmək istədi - Foto
-
Qazaxıstan sahillərindən azərbaycanlı meyiti tapılıb - Foto
-
Kiyevdə erməni azərbaycanlını baltaladı
-
Ağdamda narkotik vasitə istifadəçisi saxlanılıb
-
Bakıda polis idarəsinin işçisi sevgilisini boğub öldürdü
-
Azərbaycanda mayın 9-da 45 cinayət faktı qeydə alınıb
-
Bərdədə davada 3 nəfər bıçaqlanıb
-
Bərdədə dələduzluqla məşğul olan 29 yaşlı şəxs tutulub
-
Erməni polislə maşın oğurlayan azərbaycanlılar tutulub
-
Balakəndə istixanada 800 kq çətənə bitkisi aşkarlanıb