31 Iyul 2014 | 16:26
Hava Bakı:
29 ˚C
Bölgələr Gəncəbasar Sumqayıt Şəki-Zaqatala Qarabağ Şimal-Şərq Ağsu-Şamaxı Cənub Tovuz-Qazax Mərkəzi Aran Mil-Muğan Naxçıvan

Dövlət Komitəsi Şəkidə reyd keçirib

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Şəki Ərazi İdarəsi rayonda fəaliyyət göstərən çörək və şirniyyat istehsalı sexlərində reyd keçirib.

Dövlət Komitəsi Şəki Ərazi İdarəsinin rəisi Qorxmaz Zakirov Gün.Az-a bildirib ki, idarə əməkdaşları müvafiq qanunları “Standartlaşma haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” və “Yeyinti məhsulları haqqında” rəhbər tutaraq Şəki rayonu Qoxmuq kəndində yerləşən, Xəyyam Daşdəmirova məxsus çörək sexində və Şəki şəhəri M.Müşviq küçəsində yerləşən, Ruslan Məmmədova məxsus şirniyyat istehsalı sexində standartlaşma üzrə normativ sənədlərə, metroloji norma və qaydalara riayət edilməsinə dair dövlət nəzarəti həyata keçirib.

Aparılan dövlət nəzarəti zamanı çörək istehsalı və şirniyyat sexlərində məhsulların gigiyenik və uyğunluq sertifikatlarının olmaması, istifadə olunan ölçmə vasitələrinin müqayisəli dövlət yoxlamasından keçirilməməsi, məhsul üçün texnoloji təlimat və resepturanın olmaması, məhsulun sınaqlarının aparılmaması, məhsulun saxlanması, daşınması, markalanması qaydalarının pozulması kimi nöqsanlar aşkar edilib.

Çörək və şirniyyat sexlərinin sahiblərinə nöqsanların aradan qaldırılması barədə “İradnamə”, ölçmə vasitələrinin istismarının qadağan edilməsi barədə “Tələbnamə”, məhsulların istehsalının və satışının qadağan edilməsi barədə “Tələbnamə” verilib.

İdarə rəisi onu da qeyd edib ki, həmin istehsal olunan məhsullardan hər birimiz və balalarımız istifadə eləyir. Biz imkan verməyəcəyik ki, belə işbazlar bizim gələcəyimizi zəhərləsinlər. Bu səbəbdən həmin müəssisələrin məhsul istehsalı dayandırılıb və müvafiq tədbirlər görülüb.

R.Turaloglu
Gün.Az

Share Share Share Share Share

Xəta barədə xəbər vermək

Digər Xəbərlər
Bütün xəbərlər