2 Oktyabr 2014 | 07:20
Hava Bakı:
29 ˚C
Bölgələr Gəncəbasar Sumqayıt Şəki-Zaqatala Qarabağ Şimal-Şərq Ağsu-Şamaxı Cənub Tovuz-Qazax Mərkəzi Aran Mil-Muğan Naxçıvan

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri fəaliyyətinin əsas prioritetlərini açıqlayıb

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard bu gün jurnalistlərlə görüşü zamanı qurumla Azərbaycan arasında əməkdaşlığın əsas prioritetlərini açıqlayıb.

Gün.Az xəbər verir ki, səfir Mard təhsil, hüququn aliliyi və regional inkişafın əməkdaşlığın əsas prioritetləri olduğunu vurğulayıb.

Aİ təmsilçisi xüsusilə də təhsilə mühüm əhəmiyyət verildiyini vurğulayıb:

“Azərbaycanlı gənclərin Avropada təhsil alması istiqamətində də bir sıra işlər görülə bilər. Gənclərin mübadilə proqramları vasitəsilə Avropanın bir sıra şəhərlərində təhsil almaq imkanları var.

Məktəbəqədər təhsil də çox vacib istiqamətdir və bu sahəyə də böyük diqqət ayırmağı düşünürəm”.

Onun sözlərinə görə, Aİ  bu istiqamətdə Azərbaycanda müxtəlif layihələr həyata keçirən UNICEF nümayəndəliyi ilə birgə işləməyi düşünür.

M.Mard qeyd edib ki, əməkdaşlığın əsas və dəyişilməz sahələrindən biri enerji sahəsi olaraq qalacaq.

Aİ nümayəndəliyinin yeni rəhbəri ötən ilin dekabrından Azərbaycanda fəaliyyətə başlayıb.

Pərvanə Sultanova
Gün.Az

Share Share Share Share Share

Xəta barədə xəbər vermək

Digər Xəbərlər
Bütün xəbərlər