30 Sentyabr 2014 | 18:48
Hava Bakı:
29 ˚C
Bölgələr Gəncəbasar Sumqayıt Şəki-Zaqatala Qarabağ Şimal-Şərq Ağsu-Şamaxı Cənub Tovuz-Qazax Mərkəzi Aran Mil-Muğan Naxçıvan

Bakıda Beynəlxalq təşkilatlarda işləyən Azərbaycanlıların I toplantısı keçirilir

Bakıda Beynəlxalq təşkilatlarda işləyən Azərbaycanlıların I toplantısı başlayıb.

Gün.Az xəbər verir ki, tədbirdə Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, xarici işlər nazirinin müavini Araz Əzimov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri, parlamentin beynəlxalq əlaqələr komitəsinin sədri Səməd Seyidov və digər rəsmilər, xarici təşkilatlarda çalışan azərbaycanlılar iştirak edirlər.

Tədbirdə BMT sisteminə daxil olan təşkilatlarda (BMT İP, BMT ƏP, UNİCEF), Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası, Beynəlxalq Miqrasiya Təşkilatı və digər qurumlardan 50-yə yaxın azərbaycanlı iştirak edir.

Tədbirin məqsədi beynəlxalq səviyyədə iş təcrübəsinə malik olan Azərbaycan vətəndaşlarının ölkənin inkişaf prosesində daha da fəal iştirakını təmin etmək məqsədilə onları birləşdirəcək vahid mərkəzin yaradılması və sistemli yanaşmanın formalaşdırılmasından ibarətdir.

Tədbirin “Beynəlxalq təşkilatlarda çalışan azərbaycanlı kadrlarla bağlı mövcud vəziyyət və gələcək inkişaf perspektivləri” mövzusunda paneldə çıxış edən N.Məmmədov beynəlxalq münasibətlər sistemində beynəlxalq təşkilatların rolundan, beynəlxalq aləmdə baş verən geosiyasi proseslərdən, Azərbaycanın müstəqil dövlət kimi bu sistemdəki yerindən, eləcə də qısa müddət ərzində əldə etdiyi uğurlardan bəhs edib.

Pərvanə Sultanova
Gün.Az

Share Share Share Share Share

Xəta barədə xəbər vermək

Digər Xəbərlər
Bütün xəbərlər