Ayaqqabı təmiri köhnə və ya zədələnmiş ayaqqabıların bərpası və düzəldilməsi işidir. Bu tip xidmət ayaqqabı ustaları tərəfindən təqdim olunur və əsas məqsəd istifadə müddətini artırmaqdır. Ustalar daban, altlıq, tikiş və ya soku hissələrini dəyişə və ya təmir edə bilirlər. Bakıda çoxlu ayaqqabı təmiri sexləri fəaliyyət göstərir və insanlar gündəlik ayaqqabı problemləri üçün bura müraciət edirlər. Bəzi sexlər çantaların və digər dəri əşyaların da təmirini təklif edir. Qiymətlər işin növünə və mürəkkəbliyinə görə dəyişir.