Ticarət mərkəzi müxtəlif mağaza və xidmətlərin bir arada toplandığı geniş binalardır. Burada geyim, elektronika, qida, əyləncə və digər sahələr üzrə bir çox mağaza mövcuddur. Ticarət mərkəzləri müasir şəhərlərdə alış-veriş və istirahət üçün əsas yerlərdən biridir. İnsanlar burada həm alış-veriş edir, həm də dostları ilə vaxt keçirirlər. Azərbaycanda “Gənclik Mall”, “Metropark” və “Park Bulvar” kimi tanınmış ticarət mərkəzləri fəaliyyət göstərir. Bu mərkəzlərdə restoran, kafelər və kinoteatrlar da var.