Bütün
  • Bütün
  • Bakı
  • Xırdalan
  • Gəncə
  • Quba
  • Sumqayıt
  • Qəbələ
  • Lənkəran
  • Zaqatala
  • İmişli
  • İsmayıllı
  • Qax
  • Naxçıvan
  • Şəki
  • Xaçmaz
  • Yevlax
  • Mingəçevir
  • Oğuz
  • Naftalan
  • Bərdə
  • Şirvan
  • Şəmkir
  • Sabirabad
  • Masallı
  • Qazax
  • Tovuz
  • Qusar
  • Salyan
  • Ağcabədi
  • Ağdaş
  • Ağstafa
  • Ağsu
  • Astara
  • Göyçay
  • Cəlilabad
  • Balakən
  • Şamaxı
  • Kürdəmir
  • Şabran
  • Goranboy
  • Siyəzən
  • Şuşa
  • Füzuli
  • Zəngilan
  • Xocalı
  • Ağdam
  • Lerik
  • Beyləqan
  • Hacıqabul
  • Xocavənd
  • Qobustan
  • Kəlbəcər
  • Daşkəsən
  • Laçın
  • Tərtər
  • Biləsuvar
  • Yardımlı
  • Gədəbəy
  • Xızı
  • Xankəndi
  • Ucar
  • Saatlı
  • Cəbrayıl
  • Balakən
  • Abşeron
image
Bütün
  • Bütün
  • Bakı
  • Xırdalan
  • Gəncə
  • Quba
  • Sumqayıt
  • Qəbələ
  • Lənkəran
  • Zaqatala
  • İmişli
  • İsmayıllı
  • Qax
  • Naxçıvan
  • Şəki
  • Xaçmaz
  • Yevlax
  • Mingəçevir
  • Oğuz
  • Naftalan
  • Bərdə
  • Şirvan
  • Şəmkir
  • Sabirabad
  • Masallı
  • Qazax
  • Tovuz
  • Qusar
  • Salyan
  • Ağcabədi
  • Ağdaş
  • Ağstafa
  • Ağsu
  • Astara
  • Göyçay
  • Cəlilabad
  • Balakən
  • Şamaxı
  • Kürdəmir
  • Şabran
  • Goranboy
  • Siyəzən
  • Şuşa
  • Füzuli
  • Zəngilan
  • Xocalı
  • Ağdam
  • Lerik
  • Beyləqan
  • Hacıqabul
  • Xocavənd
  • Qobustan
  • Kəlbəcər
  • Daşkəsən
  • Laçın
  • Tərtər
  • Biləsuvar
  • Yardımlı
  • Gədəbəy
  • Xızı
  • Xankəndi
  • Ucar
  • Saatlı
  • Cəbrayıl
  • Balakən
  • Abşeron

Alen Delon: mələk simasında şeytan

Gun.az
Gun.az

Müəllif

Alen Delonun şöhrət yolu bir ironik cümlə ilə başlandı: “Sən aktyor olmaq üçün həddən artıq gözəlsən.” Müasir dövrdə belə söz desəniz, sizi dərhal “toksluq” nümunəsi kimi sosial şəbəkələrdə ifşa edərlər.

Qəssabdan kino ulduzuna: mifin doğuluşu

Gələcək üslub ikonasının uşaqlığı Parisin fəhlə məhəlləsində keçmişdi. Valideynlərinin boşanması nəticəsində o, Frende həbsxanasında gözətçi işləyən ögey ailənin himayəsinə düşür. Burada gənc Delon hətta kollaborasionist Pyer Lavalın güllələnməsinin səsini də eşitmişdi. Məktəb həyatı uğursuz idi: ardıcıl altı məktəbdən qovuldu. Nəticədə qəssab sənətinə yiyələnərək diplom aldı. Həyat sanki əvvəlcədən müəyyən olunmuşdu.

Lakin 17 yaşında onun arzusu göylərə yönəldi: sınaq pilotu olmaq. Hərbi komissar ona 200 min frank maaş təklif edəndə, Delon desant qoşunlarına yazıldı və İndoneziya müharibəsinə yollandı. Sonralar etiraf edirdi: “Bu dövr həyatımın ən xoşbəxt illəri oldu. Mənim sonrakı şəxsiyyətimi formalaşdırdı.” Ordudan sonra o, Piqal meydanında ofisiant işləyirdi. Kino sahəsinə gəlişi isə dostlarının təkidi ilə oldu. Prodüserlər isə bir ağızdan deyirdilər: “Çox gözəlsiniz, karyera alınmaz.”

Tale onu Jan-Klod Briali ilə qarşılaşdırdı. 1956-cı ildə birlikdə Kann festivalına yollandılar. Elə orada Hollivud prodüseri Devid Selznik onu gördü və hətta Ceyms Dinə alternativ kimi düşündü. Lakin fransız rejissoru İv Allegre onu qəti şəkildə inandırdı: “Özün ol. Oynama, sadəcə yaşa!” Bu nəsihət Delonun yaradıcılığında əsas prinsipə çevrildi. Özünü həmişə “təsadüfi aktyor” adlandırırdı.

Kinogeniallıq: gözəllik həm lənət, həm də nemət

Karyerasının əvvəlində mükəmməl görkəmi əksinə, onun qarşısında maneə idi. Ancaq elə bu gözəllik və nadir istedad — kinogeniallıq, yəni ekranda hərəkət və plastikanın incə harmoniyası — onu dünya ulduzuna çevirdi. Onun siması və jestləri sadə bir hərəkəti — siqaret yandırmağı, əl qaldırmağı — bədii hadisəyə çevirirdi. Tənqidçilər dərhal onu “mələk simasında şeytan” adlandırdılar.

Əsl dönüş nöqtəsi R. Klemanın “Günəşin altında” (1960) filmi oldu. Delon burada Tom Ripli obrazını — uşaq sifətli, lakin soyuqqanlı qatili canlandırdı. Tamaşaçılar həm dəhşətə gəldi, həm də heyran oldu. Ardınca L. Viskontinin “Rokko və onun qardaşları” filmi gəldi. Bu dəfə o, mərhəmətli və fədakar Rokko obrazı ilə yadda qaldı. Sonra isə yenə Viskonti ilə “Leopard” filmi... Delon bir tərəfdən “yıxılmış mələk”, digər tərəfdən “müqəddəs qardaş”, ardınca isə aristokrat-idealist. Bu çeviklik onun aktyor diapazonunun sübutu idi.

Qadınlar, itlər və tənhalıq

Delonun formalaşmasında qadınların rolu əvəzsizdir. Brijit Ober ona gəncliyində demişdi: “Sən kino üçün yaranmısan!” Onun həyatında çoxlu məşhur adlar olub: Romi Şnayder, Natali Bartelmi, Mirey Dark, Rozali van Bremen.

Romi Şnayderi isə “həyatının sevgisi” adlandırırdı. Onların münasibəti əfsanəyə çevrildi. Lakin onu da saxlaya bilmədi. Evli olduğu Natali ilə boşandıqdan sonra isə qəti qərara gəldi: bir daha evlənməmək. “Valideynlərimin aqibətini təkrarlamaq istəmirdim” — deyirdi.

Onun ən sədaqətli ailəsi itlər idi. Duşi malikanəsi sanki sığınacağa çevrilmişdi. Onun tənhalığı və yalnız heyvanlarda tapdığı mütləq sədaqət, mürəkkəb təbiətini anlamaq üçün açar idi.

Sağlığında əfsanə, qocalıqda sərt həqiqət

Son illərdə dostlarının və həmkarlarının itkisi onu sarsıdırdı. “Hovuz” filminə baxa bilmədiyini etiraf edirdi: “Rominin «Səni sevirəm» sözlərini eşitmək, onun həyatda olmadığını bilə-bilə, mənim üçün dözülməzdir.”

Qocalığı isə illüziyasız, sərt sözlərlə təsvir edirdi: “Qocalmaq — dəhşətdir! De Qoll demişdi: qocalıq — gəminin batmasıdır. Bu tam həqiqətdir.”

2019-cu ildə insultdan sonra o, açıq şəkildə evtanaziyanı dəstəklədiyini bildirdi: “Bir andan sonra insanın səssizcə getmək hüququ var.” Bu bəyanat onun həyat fəlsəfəsinə uyğun olaraq cəsarətli və barışmaz idi.

İnsan-simvol

Delon heç vaxt özünü intellektual aktyor hesab etmirdi. O, daha çox Gretа Garbo və Marilyn Monro kimi karizması, kinogeniallığı və sirli aurası ilə ikonaya çevrildi.

18 avqust 2024-cü ildə Alen Delon vəfat etdi. Dünya kinosunun əfsanəsi, seks-simvolu və Fransa mədəniyyətinin rəmzi. 88 yaşında.

23 avqustda o, Duşi malikanəsində, özünün vəsiyyət etdiyi kimi, sevimli itlərinin məzarları yanında dəfn edildi. Lakin ailəsi onun son arzusu — ən sadiq iti Lubonun evtanaziyasını — yerinə yetirməkdən imtina etdi. Həmişə olduğu kimi, onun ətrafında mübahisə və ziddiyyətlər səngimədi.

Bir il sonra aydın oldu: dünya təkcə bir aktyor deyil, bütöv bir dövrün simvolunu itirdi. O, həm mələk, həm şeytan, həm romantik, həm də cini idi. Alen Delon — bu təkcə kino deyildi. O, XX əsrin ən tanınan simalarından biri olaraq qalır.

Onun son səhnəsi isə həyətində, sevimli itlərinin yanında sükutla getməsi oldu. Traqik, gözəl və azad. Həyatı və rolları kimi.

Təəssüf ki, artıq Alen Delonun iştirakı ilə yeni filmləri görmək mümkün olmayacaq. Lakin ən son afişalar və kino premyeraları sizi web-saytımızda gözləyir!



Şərhlər (0)