Boşqabda antivıqarma: enerji verən sadə qidalar
Müəllif
Qeyd etmək vacibdir ki, enerji energetik içkilərin bankasında deyil. O, birbaşa sənin boşqabındadır. Və xeyr, söhbət 24/7 qarabaşaqla toyuq filesindən getmir. Söhbət istənilən qəhvədən daha səmərəli işləyən qidalardan gedir.
Zərərli qidalar yalnız enerjiyə mənfi təsir göstərmir, eyni zamanda dəri sağlamlığını da pozur: şəkər və fastfud iltihabı artırır, sızanaqlara səbəb olur və dəri tonunu solğunlaşdırır; artıq yağlı və qızardılmış qidalar isə dərialtı piy vəzilərinin fəaliyyətini gücləndirir və dəri vəziyyətindən birbaşa asılı olan mikrobiotanın balansını pozur.
Sürətli karbohidratlar qan şəkərini kəskin yüksəldir — nəticədə kollagen lifləri “yapışır”, dəri elastikliyini itirir və daha tez qocalır. Duzlu qəlyanaltılar və alkoqol orqanizmi susuzlaşdırır, ödemlərə və bozumsu dəri rənginə səbəb olur.
Sadə desək: orqanizmi daxildən yükləyən hər şey gec-tez üzdə əks olunur.
Gəlin, ardıcıllıqla baxaq.
Səbrsizlər üçün spoylerlər (və ya artıq mövzunu “dişləyənlər” üçün):
- Su darıxdırıcıdır. Amma bütün sistemin təməlidir. Onsuz qalan hər şey faydasızdır.
- Zülal yalnız bodibilderlər üçün deyil. Bu, yavaş boşalan şəxsi batareyalarındır.
- Karbohidratlar sadə və mürəkkəb olur. Mürəkkəblər — uzunmüddətli enerji, sadələr isə qan şəkəri üçün stress-test və bir saatdan sonra zəmanətli halsızlıqdır.
- Yağlar düşmən deyil. Balıq və qoz-fındıqdan alınan Omega-3 iltihablı oynaqlar və yorğun beyin üçün WD-40 kimidir.
- Qəhvə və alkoqol — gözəl, amma toksik münasibətdir. Qısa yüksəliş, sonra isə dərin eniş və susuzlaşma.
- Tərəvəz və meyvələr sadəcə “sağlam həyat tərzi” üçün deyil. Onlar yorğunluğu bədəndən qovan vitaminli xüsusi təyinatlı qüvvədir.
- Transyağlar və qida kimyası sabotajçılardır. Günortadan sonra, sən fərq etmədən enerjini oğurlayırlar.

Robot olmayanlar üçün enerji qidalanması bələdçisi
1. Su: bu blokbasterin ən darıxdırıcı qəhrəmanı
Gündə 8 stəkan su (və ya hər kiloqram çəkiyə 30 ml) — təxminən 2 litr deməkdir.
Təsəvvür et ki, böyrəklərin, hüceyrələrin, beynin bu mayenin içində “üzür”. Su çatışmadıqda bütün proseslər sürtünmə ilə, çətinliklə gedir.
Susuzlaşma = yuxululuq + beyin dumanı.
Sadə məsləhət: masanın üzərinə su butulkası qoy. Susuzluğu gözləmə — susuzluq artıq orqanizmin SOS siqnalıdır.
2. Zülallar: sənin şəxsi powerbankların
Gündə çəkinin hər kiloqramına 1,3–2 qram zülal. Bu bodibilder pəhrizi deyil, hüceyrələrin yenilənməsi, daimi toxluq hissi və stabil enerji üçün fizioloji normadır.
Yumurta, kəsmik, toyuq, balıq, mərcimək — yavaş həzm olunur və səni uzun müddət qidalandırır.
Zülalsız səhər yeməyi — akkumulyatorsuz maşını işə salmağa bənzəyir.
3. Karbohidratlar: ağıllı seçim et
Mürəkkəb karbohidratlar: qarabaşaq, qəhvəyi düyü, yulaf, kinoа, tamtaxıllı çörək, şirin kartof. Onlar odun sobası kimidir — uzun müddət yanır və bərabər istilik (enerji) verir.
Sadə karbohidratlar: şəkər, bulkalar, şirin qazlı içkilər, konfetlər. Benzin yandırmaq kimidir — parlaq, sürətli və boş. 30 dəqiqədən sonra enerji çuxuru, əsəbilik və yenidən aclıq.
4. Səni sevən yağlar
Omega-3 sadəcə trend deyil. O, daxili iltihabla mübarizə aparır (xroniki yorğunluq çox vaxt onunla yanaşı gedir).
Somon, skumbriya, kətan toxumu, qoz, avokado. Bir ovuc qoz — sadə qəlyanaltı yox, faydalı yağların dəqiq zərbəsidir.
5. Qəhvə və alkoqol: cazibədar, amma təhlükəli
Kofein səni yarışa çağıran, amma sonra maşını sındıran dost kimidir. Oyadır — və səni resursları boşalmış, susuz vəziyyətdə qoyur.
Alkoqol isə vitamin və mineralları orqanizmdən çıxarmağın ən sürətli yoludur. Tamamilə çıxarma, amma nəzarətdə saxla. Və hər fincan qəhvədən sonra — bir stəkan su.
6. Meyvə və tərəvəzlər: rəngli detoksun
Bu kalori haqqında deyil. Vitaminlər, minerallar və antioksidantlar haqqındadır. Onlar hüceyrələrdən səni yorğun edən hər şeyi “təmizləyən” kiçik işçilərdir.
Boşqab nə qədər rənglidirsə — bir o qədər yaxşıdır.
7. Zibil qida: enerjinin rəsmi oğrusu
Transyağlar (marqarin, fastfud), konservantlar, dad gücləndiriciləri. Orqanizm bu kimyəvi hücumu zərərsizləşdirmək üçün çox enerji sərf edir. Bu enerjini isə sən aktivlik və aydın düşüncə üçün istifadə edə bilərdin. Seçim sənindir.
Ofis qurbanı yox, qəhrəman üçün bir günlük menyu
- Səhər yeməyi:
2 yumurtadan tərəvəzli omlet + 50 q toyuq filesi.
Suda bişmiş yulaf sıyığı, bir ovuc qoz və bir alma.
Nəticə: zülal + mürəkkəb karbohidratlar + faydalı yağlar. 4–5 saatlıq enerji. - Nahar:
150 q sobada bişmiş toyuq + 120 q qəhvəyi düyü + zeytun yağlı təzə tərəvəz salatı.
Nəticə: günün ikinci yarısı üçün yanacaq, yuxululuq olmadan. - Ara yemək:
100 q kəsmik + 30 q qoz-fındıq.
Nəticə: axşama qədər dözən zülal və yağlar. - Şam yeməyi:
150 q qırmızı balıq (brokkoli və gül kələmi ilə sobada) + yüngül yaşıl salat.
Nəticə: yüngül, doyurucu, bol Omega-3 və lif. Yuxu dərin, səhər isə rahat olacaq.
Harvard boşqabı: gücdən düşməmək üçün sadə sistem
Gün ərzində stabil enerji üçün yalnız qidanın miqdarı deyil, keyfiyyəti və balansı əsas rol oynayır. Bu baxımdan “Harvard sağlam qidalanma boşqabı” modeli etibarlı bələdçidir.
Bu prinsip qan şəkərinin kəskin sıçrayışlarının — yeməkdən sonra halsızlığın əsas səbəbinin — qarşısını alır.
- Boşqabın yarısı: kartof istisna olmaqla tərəvəz və meyvələr
- ¼ hissəsi: tamtaxıllı məhsullar (kinoа, qəhvəyi düyü, qarabaşaq)
- ¼ hissəsi: faydalı zülallar (balıq, quş əti, paxlalılar, qoz-fındıq)
- Əlavə olaraq: bitki yağları və bol maye (əsasən su)
Bu balanslı yanaşma orqanizmi uzunmüddətli “yanacaqla” təmin edir və məhsuldarlığı, konsentrasiyanı yüksək saxlayır.
VACİB: Zülal çoxaldıqca boşqabda tərəvəz də artmalıdır. Və mənbələri mütləq dəyiş: bu gün balıq, sabah hinduşka, birigün mərcimək.
Nəticə
Enerji üçün düzgün qidalanma — sərt pəhrizin əsiri olmaq demək deyil. Bu, bədəni keyfiyyətli yanacaqla doldurma sistemidir.
Sən avtomobilinə ucuz yağ və çirkli benzin tökmürsənsə, niyə bu qədər mürəkkəb mexanizm olan bədənini nə gəldi ilə qidalandırırsan?
Bu, qadağalar haqqında deyil, şüurlu seçim haqqındadır. Müvəqqəti şəkər “həzzı” ilə davamlı gümrahlıq arasında seçim. Axşam halsızlığı ilə idman, hobbi və ya sadəcə həyat sevincinə güc arasında seçim.
Kiçikdən başla: səhər bir stəkan su ilə, ağ bulkanı tamtaxıllı çörəklə əvəz etməklə, şokolad əvəzinə bir ovuc qozla.
Orqanizm sənə cavab verəcək.
Enerji ilə.
Məhz axşam saat altıda çatışmayan enerji ilə.
Cəsarətli ol. Enerjili ol.
-
Ailə HəyatıTəbiətin gerçək superqəhrəmanı: aksolotlun regenerasiyasıO, böyümür. O, sürfə mərhələsində ikən çoxalma qabiliyyətinə malikdir. O, itirdiyi orqanları yenidən bərpa edir. Və o, daim gülümsəyir. Tanış olun — aksolotl...
17 yanvar 2026, 13:16 -
Ailə HəyatıTəhəccüd namazı: Gecə sükutunda gizli ibadətİslamda mövcud olan çoxsaylı mənəvi praktikalardan biri də gecə namazı — Təhəccüddür. Bu namaz vacib İşa namazından sonra və Fəcr vaxtının daxil olmasına qədər qılınan k&ou...
17 yanvar 2026, 12:49 -
Ailə HəyatıMaltipu — xoşbəxtlik üçün yaradılmış itİtlər haqqında bütün klassik təsəvvürlər burada əhəmiyyətini itirir. Nə xidmət qabiliyyəti, nə ov instinkti, nə də soy-kök kitablarının nəcib tomları — bunların hamısı başqa...
17 yanvar 2026, 12:16